Bakı Sağlamlıq Mərkəzində Qapaq Xəstəlikləri kursu

29 noyabr 2019-cu il tarixində Bakı Sağlamlıq Mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresinin çərçivəsində Qapaq Xəstəlikləri kursu keçirilmişdir. AKC Konqreslərində təşkil olunan ənənəvi kurslardan fərqli olaraq ilk dəfə Qapaq Xəstəlikləri kursunda BSM Qapaq Mərkəzində dəyərləndirilmiş 30-a yaxın qapaq xəstəsi müzakirə olunmuşdur. Kursda 50 nəfər kardioloq iştirak etmiş və sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Təlimçilər: Fuad Səmədov, Fərid Əliyev, Nigar Babazadə, Murad Qubadov, Seymur Musayev Kurs koordinatoru: Fuad Səmədov

Diqər xəbərlər